KOBİA tikiş sexinin sənədləşdirilməsində sahibkara dəstək göstərib (FOTO)


Digərləri 02 İyl 2019 11:13:00 198 0

KOBİA tikiş sexinin sənədləşdirilməsində sahibkara dəstək göstərib (FOTO)

“Erkam” əmtəə nişanı ilə məhsullar istehsal edən tikiş sexinin sənədləşdirilməsinə və mühasibatlığın milli mühasibat uçotu qaydalarına uyğunlaşdırılmasına dəstək göstərilib.

Bakı. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Qəbələ-Oğuz “KOB Dostu” tərəfindən Oğuz rayonunda sahibkar Sənan Hacıbabayev tərəfindən yaradılmış “Erkam” əmtəə nişanı ilə məhsullar istehsal edən tikiş sexinin sənədləşdirilməsinə və mühasibatlığın milli mühasibat uçotu qaydalarına uyğunlaşdırılmasına dəstək göstərilib. Agentlikdən Trend-ə verilən məlumata görə, Qəbələ-Oğuz “KOB Dostu” müəssisənin sənədləşdirilməsinə dəstək göstərməklə yanaşı, həm də sahibkarın öz işini Oğuz rayonunda qurmasını təşviq edib. Əvvəllər Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Sənan Hacıbabayev “KOB Dostu”nun təşviqi və dəstəyi ilə Oğuz rayonunun Xaçmaz qəsəbəsində 22 qadının çalışdığı tikiş sexini yaradıb. Bununla da dövlət-özəl tərəfdaşlığı çərçivəsində regionda sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yeni müəssisənin yaradılmasına və məşğulluğun artırılmasına dəstək göstərilib.