Daxili İşlər Nazirliyi 102 Çağrı Mərkəzinin proqram təminatını yeniləyib (VİDEO)


Digərləri 02 İyl 2019 11:07:00 180 0

Daxili İşlər Nazirliyi 102 Çağrı Mərkəzinin proqram təminatını yeniləyib (VİDEO)

Keçdiyimiz günlərdə Daxili İşlər Nazirliyi 102 Çağrı Mərkəzinin proqram təminatını yeniləmişdir.

Bakı. Keçdiyimiz günlərdə Daxili İşlər Nazirliyi 102 Çağrı Mərkəzinin proqram təminatını yeniləyib. Bu dəyişiklikdə məqsəd cinayət və hadisələrə çevik reaksiya verilməsi, sakinlərin təhlükəsizliyinin qorunmasının daha da sürətləndirilməsi və daha sürətli informasiya mübadiləsinin təmin olunmasıdır. Tətbiq edilən proqram təminatı K3 adlanır və yerli İnformasiya Texnologiyaları şirkəti olan “ATL Tech” MMC tərəfindən hazırlanıb. ATL Tech 2013-cü ilin fevralında ATL Group-un daxilində İnformasiya və Telekommunikasiya sahəsində fəaliyyət göstərən bir şirkət kimi yaradılıb. Yarandığı vaxtdan bəri bir sıra beynəlxalq şirkətlərlə əməkdaşlıq quraraq, İT konsaltinq, sistem inteqrasiyaları, proqram təminatı və həlləri kimi istiqamətlərdə geniş çeşidli xidmətlər təqdim edir. Şirkətin İnsan Resurslarının effektiv idarə edilməsi, maliyyə yığımlarının individual tənzimlənməsi, məlumat və çağrı mərkəzlərinin təminatı, obyektlər üzrə pasport sistemi, onlayn imtahanların təşkili və başqa bir çox müxtəlif ehtiyaclar üzrə PORTEM, INSTACALL, OPS, Q-LINE, MONEYGATE, TALHUNT kimi proqram təminatları artıq həm yerli, həm də beynəlxalq miqyasda istifadə olunmaqdadır. Eyni zamanda, “Expertech” adı altında İT mövzusunda mütəmadi görüşlər təşkil edən ATL Tech şirkəti, həmçinin gənclərin bu sahəyə olan marağının artırılması və peşəkarların bir araya toplanaraq öz təcrübələrini paylaşmasına şərait yaradır. ATL Tech ən qabaqcıl texnologiyaları tətbiq etməklə, şirkətlərə gündəlik əməliyyatları sadələşdirməyə, optimallaşdırmağa və minimal xərclərlə maksimal effektivliliyi əldə etməyə kömək edir. Ölkəmizdə bu tipli qabaqcıl və texnologiya yönümlü şirkətlərin fəaliyyət göstərməsi Azərbaycanın beynəlxalq müstəvidə sürətlə irəliləməsinə və bu sahədə təcrübəli mütəxəssislərin yetişdirilməsinə geniş imkan yaradır.