"Çelsi" Mateo Kovaçiçi birdəfəlik aldı


Digərləri 02 İyl 2019 10:54:00 193 0

"Çelsi" Mateo Kovaçiçi birdəfəlik aldı

İngiltərənin "Çelsi" futbol klubu müqavilə ilə "Real"a məxsus Mateo Kovaçiçi birdəfəlik alıb.

Bakı. İngiltərənin "Çelsi" futbol klubu müqavilə ilə "Real"a məxsus Mateo Kovaçiçi birdəfəlik alıb. Trend-in məlumatına görə, ötən mövsüm "Çelsi"də icarə əsasında oynayan xorvatiyalı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Böyük Britaniya mediasında "Çelsi"nin 25 yaşlı oyunçuya görə Madrid klubuna 45 milyon avro təzminat ödəyəcəyi deyilir.