Bakıda daha iki rəngdə tullantı konteynerləri olacaq (FOTO)


Digərləri 02 İyl 2019 10:24:00 178 0

Bakıda daha iki rəngdə tullantı konteynerləri olacaq (FOTO)

Bakı şəhərində yeni layihə - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi Konsepsiyasının icrası davam etdirilir.

Bakı. Samir Əli - Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı şəhərində yeni layihə - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi Konsepsiyasının icrası davam etdirilir. Qurumun mətbuat xidmətinin rəhbəri İsrafil Kərimovun Trend-ə verdiyi məlumata görə, bununla əlaqədar bu sahədə ciddi təcrübəyə malik Böyük Britaniyanın tanınmış "Mott MacDonald" şirkəti ilə müqavilə bağlanıb və ilkin olaraq bu işlər sınaq kimi Nərimanov rayonunda başlanıb: "İyul ayının 10-dan etibarən Konsepsiyanın əsas mərhələsinin həyata keçirilməsinə start verilir. Bununla bağlı hər məhəllədə məişət tullantıları üçün yaradılan meydançalara yeni, müasir tipli konteynerlər quraşdırılır. Quraşdırılan konteynerlər 2 rəngdə - yaşıl və narıncı olacaq. Narıncı konteynerə kağız, karton, şüşə, metal və plastik tullantılar, yaşıl konteynerə isə digər tullantılar atılacaq. Sakinlərin rahatlığı üçün ilkin mərhələdə hər mənzilə 2 cür yaşıl və narıncı çeşidləyici paketlər paylanacaq".