“Survivor”un finalında ana huşunu itirdi


Dünya 02 İyl 2019 10:14:00 230 0

“Survivor”un finalında ana huşunu itirdi

Türkiyənin "TV8" telekanalında yayımlanan "Survivor 2019" layihəsinin Türkiyə-Yunanıstan yarışmasının qalibləri bəlli olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyə tərəfdən Yusuf Karakaya, Yunanıstan tərəfdən isə Katerina Dalaka çempion adına layiq görülüb.

Nəticələrin elan olunmasına dəqiqələr qalmış isə Yusufun anasının halı pisləşib. Həyəcanlanan qadın gözlənilmədən huşunu itirib. Bu səbəbdən canlı yayıma bir neçə dəqiqəlik fasilə verilib.