Operaya yeni xüsusiyyət əlavə olunub


Digərləri 02 İyl 2019 08:41:00 222 0

Operaya yeni xüsusiyyət əlavə olunub

Opera Windows Mac Linux və Android üçün nəzərdə tutulmuş Chromium əsaslı veb brauzerinə yeniləmə tətbiq etdi.

Son.az chip.az-a istinadən bildirir ki, yeniləmə ilə gələn bir çox yeni xüsusiyyət var. İlk olaraq Operanın komandası Opera 60-da təqdim olunan Reborn 3 interfeysini inkişaf etdirməyə davam edir. Yeniləmə İnternet brauzerini Windowsun qaranlıq mövzusuna uyğunlaşdırılır. Bundan əlavə brauzerdə olan Quick Access və brauzer tarixçəsi özəlliyi "Task Complement" adlı yeni bir xüsusiyyətə daxil edilmişdir.

Opera 62-nin ən son xüsusiyyəti brauzerin Windowsun qaranlıq mövzu ilə uyğunlaşmasıdır. Opera yükləndiyi kompüterdə qaranlıq rejim aktiv olduqda brauzer avtomatik olaraq sözü gedən rejimə keçid edir. Qaranlıq rejimlə əhatə olunan ərazilər də genişlənmişdir. Bu yeniləməylə qaranlıq rejim icazə qutuları, kontekst menyuları və bookmark redaktorunu əhatə edir.  

Yeniləmə ilə artıq Operanın Easy Setup menyusuna daxil olmaq mümkündür. Bu menyu daha böyük ekranları olan istifadəçilərin daha böyük Quick Access sekmelerini görüntüləməyə imkan verir.