Rusiyada daşqınlar nəticəsində ölənlərin sayı artıb


Dünya 02 İyl 2019 08:33:00 184 0

Rusiyada daşqınlar nəticəsində ölənlərin sayı artıb

Rusiyada İrkutsk bölgəsində daşqınlar nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "TASS" agentliyinə yerli xilasetmə xidmətindən məlumat verilib.

Məlumatda bildilir ki, 14 nəfər ölüb, 13 nəfər itkin düşüb, xəstəxanalara 153 nəfər, eləcə də bir uşaq yerləşdirilib. Əlavə olaraq, 1299 nəfərə tibbi yardım göstərilib.

Qeyd edək ki, ötən həftənin sonunda İya çayının daşması ilə əlaqədar Tulun şəhərinin sakinlərinin təxliyəsinə başlanmışdı.