Husilər növbəti dəfə Səudiyyə Ərəbistanının hava limanına hücum edib


Dünya 02 İyl 2019 08:28:00 218 0

Husilər növbəti dəfə Səudiyyə Ərəbistanının hava limanına hücum edib

Yəmənin "Ənsar Allah" hərəkatından olan üsyançılar-husilər tərəfindən buraxılmış pilotsuz uçuş aparatları Səudiyyə Ərəbistanında yerləşən Abha aeroportuna hücum edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Al Arabiya" xəbər verib.

Məlumata əsasən, hücumlar nəticəsində 5 xəsarət alıb.

Qeyd edək ki, iyunun 12-də husilər Abha şəhərinin aerodromunu raket atəşinə tutublar, nəticədə 26 nəfər xəsarət alıb. İyunun 14-də "Ənsar Allah" hərəkatının tərəfdarları insansız, pilotsuz uçuş aparatları vasitəsi ilə Abhaya hücum edib, lakin Krallığın hava müdafiə sistemi və hava qüvvəsi dronların beşini dəf edib.