YouTube servisinin video məsləhət sistemi yeniləndi


Digərləri 02 İyl 2019 08:15:00 227 0

YouTube servisinin video məsləhət sistemi yeniləndi

YouTube servisi video məsləhəti sistemini yenilədi və həmin məsləhətlərdən müəyyən kanalların kontentlərinin çıxarılmasını mümkün etdi. Bu barədə Rusbase saytı xəbər verib. Bundan sonra YouTube servisinin əsas səhifəsində istifadəçi tərəfindən daha öncədən baxılmış videolara uyğun olan video məsləhətləri əks olunacaq. Mövzu adına klik edəndən sonra həmin mövzuya aid olacaq videolar ortaya çıxacaq. Həmin funksiya həmçinin növbəti videolar bölməsinə də aid ediləcək.

Son.az technote.az-a istinadən bildirir ki, YouTube həmçinin müəyyən kanalların kontentlərinin məsləhətini bloklamaq imkanını da verəcək. Bunun üçün sadəcə olaraq istifadəçiyə maraqlı olmayan hansısa videodakı 3 nöqtə ikonuna klik edərək lazımi seçimi etmək kifayət edəcək. Bununla belə servis bu cür üsulla seçilmiş kanalı istifadəçi üçün tam bloklamayacaq. Həmin kanalı istifadəçi axtarış vasitəsilə tapa biləcək.

Bununla yanaşı YouTube bu və ya digər kanalın kontentini nəyə görə izləmək lazım olduğu barədə qısa açıqlama da verəcək. Həmin açıqlama hissəsi videonun altındakı xüsusi pəncərədə əks olunacaq. Video məsləhəti sisteminin yenilənməsinin bu 3 elementi artıq qismən Android və iOS əməliyyat sistemlərində istifadəyə verilib və yaxın zamanda YouTube-un veb versiyası üçün də aktiv hala gələcək.