Bu gün Günəş tutulması baş verəcək


Digərləri 02 İyl 2019 08:04:00 205 0

Bu gün Günəş tutulması baş verəcək

Bu gün cari ilin ikinci Günəş tutulması (tam tutulma) hadisəsi ibaş verəcək.

Son.az Trend-ə istinadən bildirir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, bu təbiət hadisəsi bu gün yerli vaxtla saat 20:55-də başlayacaq və 3 iyul 01:50-də başa çatacaq.

Bildirilir ki, Günəş tutulması Sakit Okeanın cənub hissəsi, Cənubi Amerika, Çili, Argentina və Sakit okeanın cənubundan aydın görünəcək.

Qeyd edək ki, növbəti tutulma dekabrın 26-na təsadüf edəcək.