Facebook qırmızı bildirişləri deaktiv etmək funksiyasını test edir FOTO


Digərləri 02 İyl 2019 08:05:00 243 0

Facebook qırmızı bildirişləri deaktiv etmək funksiyasını test edir  FOTO

Bir neçə müddət bundan öncə məşhur tərtibatçı Jane Manchun Wong Facebook tətbiqinin Android üçün olan versiyasında qırmızı bildirişləri deaktiv etməyə imkan verən gizli funksiyanı aşkar etmişdi. Daha sonra sosial media üzrə konsultant Matt Navarra öz Twitter hesabında bildirdi ki, bu funksiyanın testinə artıq start verilib.

Son.az technote.az-a istinadən bildirir ki, bildiriş gələn zaman parlaq qırmızı nöqtələr mobil tətbiqin əsas ekranında ortaya çıxır. Bu isə bir çox Facebook istifadəçilərin xoşlarına gəlmirdi. Çünki bildirişlər çox zaman qıcıqlandırıcı olur və əsas işlərdən fikri ayırırlar. Buna görə də yaxın müddətdə onları deaktiv etmək mümkün olacaq. Facebook bu funksiyanın testinə yeni başladığı üçün o hamı üçün aktiv deyil. Gələcəkdə həmin funksiyanı ayarlardakı konfidensiallıq bölməsində tapmaq mümkün olacaq.


Xəbərə aid fotolar