Maliyyə təşkilatlarının saytları kibercinayətkarların hədəfindədir


Digərləri 02 İyl 2019 07:41:00 193 0

Maliyyə təşkilatlarının saytları kibercinayətkarların hədəfindədir

"Positive Technologies" şirkəti müasir internet resurslarının təhlükəsizliyi sahəsində vəziyyətin öyrənilməsinə həsr edilən tədqiqatın nəticələrini açıqlayıb.

Son.az ICTnews-a istinadən bildirir ki, məlumata görə, internet əlavələrinə müdaxilə həm təşkilatlara, həm də fərdi şəxslərə qarşı ən çox istifadə edilən kiberhücum metodlarındandır.

Bununla yanaşı, kibercinayətkarların əsas hədəflərindən biri maliyyə əməliyyatları ilə məşğul olan bank, müxtəlif ödəniş servisləri və s. kimi şirkət və strukturların saytlarıdır.

Bildirilir ki, vaxt ötdükcə ən çox yayılmış hücumlar siyahısı dəyişməz qalır. Belə ki, şəbəkə cinayətkarları daha çox bu metodları tətbiq edirlər: "SQL kodunun tətbiqi" (SQL Injection), "Kataloqdan kənara çıxma" (Path Traversal) və "Ssenarilərin saytlararası yerinə yetirilməsi" (Cross-Site Scripting, XSS).

Ekspertlərin sözlərinə görə, istənilən sahə üzrə saytlar hər gün kiberhücumlara məruz qalır. Hücum məqsədyönlü olanda onun ayrı-ayrı addımlarını müqayisə edərək eyni zəncirə düzmək mümkündür.