“Google” ziyarət edilmiş yerlərin tarixçəsini avtomatik silməyə imkan verəcək


Digərləri 02 İyl 2019 07:31:00 246 0

“Google” ziyarət edilmiş yerlərin tarixçəsini avtomatik silməyə imkan verəcək

"Google"un "IOS" və "Android" üçün proqramında istifadəçi tərəfindən ziyarət edilmiş yerləri və internetdəki aktivliyi avtomatik silməyə imkan verən funksiya əlçatan olacaq.

Son.az ICTnews-a istinadən bildirir ki, "biz sizin ziyarət etdiyiniz yerləri və internetdəki aktivliyinizi silmək imkanını əlçatan edirik. Aktivliyiniz haqda məlumatların saxlanılma müddətini (3 və ya 18 ay) seçin. Bu müddət bitdikdən sonra bütün məlumatlar sizin hesabınızdan avtomatik silinəcək" - şirkətdən bildirilib.   Sözügedən funksiya yaxın həftələr ərzində istifadəçilər üçün əlçatan olacaq və bu, istifadəçilərin təhlükəsizlik səviyyəsinin yüksəldilməsi üçün nəzərdə tutulub. Son.az