Almaniyanın məşhur televizor istehsalçısı iflas olub


Digərləri 02 İyl 2019 07:11:00 224 0

Almaniyanın məşhur televizor istehsalçısı iflas olub

Almaniyanın elektron texnikanın istehsalı ilə məşğul olan məşhur "LOEWE" şirkəti iflasa uğrayaraq fəaliyyətini dayandırmaq məcburiyyəti ilə üzləşib.

Son.az ICTnews-a istinadən bildirir ki, Almaniyanın Kron şəhərində yerləşən yüzillik tarixə malik şirkətin bu həftənin sonunadək fəaliyyətinə xitam verəcəyi gözlənilir.

Məlumata görə, iflasa səbəb kimi kreditorların şirkətə fəaliyyətin davam etdirilməsi üçün vəsaitlər təqdim etməkdən imtinası qeyd olunur. Bununla belə, "LOEWE" rəhbərliyi şirkəti xilas edəcək investor tapacağına ümid edir. Bu isə 400 əməkdaşın iş yerini saxlamağa imkan verə bilər.

Televizor istehsalında ixtisaslaşan "LOEWE" Cənubi Koreya, Yaponiya və Çin şirkətləri tərəfindən ciddi rəqabət fonunda problemlərlə üzləşməyə başlayıb. Müəssisə mayın əvvəlində iflasın könüllü tanınması üçün məhkəməyə müraciət edib. Bununla bağlı qərarın avqustun 1-də veriləcəyi bildirilir.