Bu gün Günəş tutulması baş verəcək


Digərləri 02 İyl 2019 07:00:06 197 0

Bu gün Günəş tutulması baş verəcək

Bu gün cari ilin ikinci Günəş tutulması (tam tutulma) hadisəsi ibaş verəcək.

Bakı. Samir Əli - Bu gün cari ilin ikinci Günəş tutulması (tam tutulma) hadisəsi ibaş verəcək. AMEA Şamaxı Astrofizika Rəsədxanasından Trend-ə verilən məlumata görə, bu təbiət hadisəsi bu gün yerli vaxtla saat 20:55-də başlayacaq və 3 iyul 01:50-də başa çatacaq. Bildirilir ki, Günəş tutulması Sakit Okeanın cənub hissəsi, Cənubi Amerika, Çili, Argentina və Sakit okeanın cənubundan aydın görünəcək.