İkinci Avropa Oyunlarında iştirak edən Azərbaycan idmançıları Vətənə qayıdıblar


Digərləri 02 İyl 2019 04:02:18 262 0

İkinci Avropa Oyunlarında iştirak edən Azərbaycan idmançıları Vətənə qayıdıblar

Minskdə keçirilən ikinci Avropa Oyunlarında iştirak edən Azərbaycan karateçiləri və akrobatları iyulun 2-də Vətənə qayıdıblar

Bakı. Minskdə keçirilən ikinci Avropa Oyunlarında iştirak edən Azərbaycan karateçiləri və akrobatları iyulun 2-də Vətənə qayıdıblar. Trend xəbər verir ki, idmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşlər, idman ictimaiyyətinin nümayəndələri, KİV təmsilçiləri, federasiyaların rəsmiləri və idmançıların yaxınları qarşılayıblar. İdmançılarımızı qarşılamağa gələn azarkeşlər onları bayraqlarla, şəkilləri əks olunmuş plakatlarla və şüarlarla salamlayıblar. Xatırladaq ki, karate komandamız Minskdə keçirilən ikinci Avropa Oyunlarında bir qızıl, üç gümüş və bir bürünc medal qazanıb. Karateçilərimizdən Asiman Qurbanlı (+84 kq) qızıl, Rafael Ağayev (75 kq), Firdovsi Fərzəliyev (60 kq) gümüş, İrina Zaretska (68 kq) gümüş, Roman Heydərov (kata) bürünc medal əldə edib.