Ukraynada uşaq meydançasında partlayış baş verib


Digərləri 02 İyl 2019 03:07:36 218 0

Ukraynada uşaq meydançasında partlayış baş verib

Ukraynanın Dneprpetrovsk əyalətində baş vermiş partlayış nəticəsində 6 uşaq yaralanıb.

Bakı. Ukraynanın Dneprpetrovsk əyalətində baş vermiş partlayış nəticəsində 6 uşaq yaralanıb. Trend-in “RİA Novosti”yə istinadən məlumatına görə, partlayış Paşena Balka kəndində yerli vaxtla saat 20.00 (GMT+3)qeydə alınıb. Insident zamanı 4-16 yaşlı 6 uşaq yaralanıb, onlardan birinin vəziyyəti ağırdır. Məlumatda qeyd olunur ki, uşaqlar meydançada oynayarkən naməlum obyekt partlayıb.