Qazlı, şirəli su içəndən 1 saat sonra orqanizmdə nə baş verir?


Digərləri 01 İyl 2019 23:45:00 220 0

Qazlı, şirəli su içəndən 1 saat sonra orqanizmdə nə baş verir?

Qazlı, şirəli içki dedikdə, hazırda marketlərdə dəbdə olan şirin. çox qazlı, rəngli içkilər nəzərdə tutulur. Adi qazlı su və mineral sular bura daxil deyil.

Son.az medicina.az-a istinadən hazırda az qala uşaqdan böyüyə hər kəsin narkotik kimi alışdığı və hər gün içdiyi bir butul qaşlı şirin suyun orqanizmdə anbaan yaratdığı zərərli fəsadları təqdim edir.

İlk 10 dəqiqə - 250 ml-lik bir butul şirəli su ilə orqanizmə birdən birə 10 çay qaşığı şəkər daxil olur. Bu qədər miqdar insanın gündəlik dozasıdır, onu da hissə-hissə qəbul etməlidir. 10 qaşıq şəkərdən suyu adi halda içsə, insanda ürəkbulanma baş verər. Amma bu suları içəndə baş vermir, çünki əlavə olunan forfor turşusu şirniyyatın mənimsənilməsini yüngülləşdirir, o təzyiqi hiss etdirmir. 

20 dəqiqə sonra - qanda şəkər, qlükoza kəskin qalxır, mədəaltı vəz başını itirir və qana insuin buraxır. Qaraciyər bu qədər şəkərlə nə edəcəyini bilmir, onu piyə, yağa çevirib, özündə depolayır

40 dəqiqə sonra - kofein həll olur, bəbəklər genişlənir, təzyiq qalxır, qaraciyər bu dəfə qana şəkər atır. Beyin reseptorları qıcıqlanır, sakitləşdirici və yuxu gətirici reseptorlar bloklanır. İnsan sanki enerjilənir.