Azərbaycan nefti bahalaşıb


Digərləri 01 İyl 2019 23:39:00 204 0

Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 67,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,37 dollar/barel çoxdur.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,38 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 63,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,42 dollar/barel çoxdur.