Ət otunun bilmədiyiniz faydaları arıqladır, təzyiqi salır, böyrəkləri təmizləyir...


Digərləri 01 İyl 2019 23:10:00 311 0

Ət otunun bilmədiyiniz faydaları  arıqladır, təzyiqi salır, böyrəkləri təmizləyir...

Ət otu (mayoran) mətbəxdə ən tez-tez istifadə olunan ədviyyatlardan biridir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, yeməklərə xoş dad bəxş edən bu ot həm də çox güclü müalicəvi xüsusiyyətlərə malikdir.

Ət otu ürək və damarları möhkəmləndirir, damarları genişləndirir və bununla da arterial təzyiqi tənzimləməyə kömək edir, hipertoniyanın inkişafı riskini azaldır. Bu ot ümumiyyətlə bütün ürək-damar sistemində gərginliyi azaldır, infarkt və insultun qarşısını alır. Həmçinin mayoran qanda xolesterinin səviyyəsini də aşağı salır.

Ət otu qanda şəkərin səviyyəsini tənzimləməyə yardım edir.

Ət otunun çox yaxşı sakitləşdirici və depressiya əleyhinə xüsusiyyətləri var. Mayoran əhvalı yaxşılaşdırır, stresi və həyacanı azaldır, yuxusuzluqla mübarizə edir.

Ət otundan istifadə gözdə yağla bağlı olan patoloji dəyişikliklərin qarşısını alır.

Mayoran çox yaxşı iltihab əleyhinə xüsusiyyətlərə malikdir, bəlğəmgətirici təsir edir, nəfəs yolları selikdən və mikroblardan təmizləyir, siqaret çəkən insanlar üçün faydalıdır. Ət otu astma və xroniki öskürək zamanı çox təsirlidir.

Ət otu mədə-bağırsaq sistemi üçün xüsusilə faydalıdır - həzm proseslərini yaxşılaşdırır, qəbizlik, köp, mədə sancısı kimi pozulmalarda kömək edir, bağırsaqlarda mikrobları öldürür.