Niyə bəzilərimiz utancağıq?


Digərləri 01 İyl 2019 21:54:00 182 0

Niyə bəzilərimiz utancağıq?

Bəzi insanlar üçün qonaqlıqda qaynayıb-qarışmaq və ya auditoriya qarşısında çıxış etmək çox çətindir. Bəs niyə bəziləri bu qədər utancaq olur?

Qonaqlıqda adamlara qaynayıb-qarışmaq hissi sizi utandırırmı? Və ya bir otaq dolu adam qarşısında təqdimat keçirmək?

Elədirsə, siz tək deyilsiniz. Son.az medicina.az-a istinadən mövzu ilə bağlı maraqlı məqaləni təqdim edir.

Akindele Michael utancaq uşaq olub. Böyüdüyü Nigeriyada o, vaxtının çoxunu valideynlərinin evində keçirirmiş. Valideynləri isə əksinə, heç utancaq olmayıblar. O inanır ki, evdən çölə çıxaraq böyüməyi utancaqlığı ilə bağlı olub. Haqlıdırmı?London Kings Kollecindən inkişaf edən davranış genetikası üzrə professor Thalia Eley-ə görə, qismən hə."Bizə elə gəlir ki, utancaqlıq temperament xüsusiyyətidir və temperament isə, xasiyyətin önünü kəsən bir maneədir," o deyir. "Azyaşlı uşaqlar yadlarla ünsiyyət quran zaman böyüklərlə necə rahat söhbət etdiyini görürük." O söyləyir ki, utancaqlığın yalnız 30%-i genetika ilə bağlıdır və qalanı ətrafa reaksiyadan asılıdır. Utancaqlığın genetikası haqqında bildiyimiz şeylərin əksəriyyəti, əsasən bir-birlərinin mükəmməl genetik surəti olan eyni yumurta əkizləri üzərində aparılan araşdırmalardan əldə olunub. Bu cür araşdırmalarda eyni yumurta əkizləri eyni genlərin ancaq yarısını daşıyan fərqli yumurta əkizləri ilə müqayisə edilib.    Ötən son onillikdə genetik variantların xasiyyət və əqli sağlamlığa təsirini axtarıb tapmaq üçün Eley kimi alimlər DNT-yə baxmağa başlayıblar. Hər bir individual genetik variantın xırda təsiri var, amma onlara minlərlə variantda ümumi şəkildə baxıldıqda təsir daha çox nəzərə çarpır. Hətta genlərin utancaqlığa təsiri də təcrid edilməməlidir. "Söhbət bir, on və ya yüz gendən yox, minlərlə genlərdən gedir," Eley deyir.

"Bir uşağın hər iki valideyninin genomunu düşünün. Orada yüz minlərlə müvafiq genetik variasiyalar yerləşir." Bu cür xüsusiyyətlərin inkişafında ətraf-mühitin rolu daha vacibdir, o deyir. Və genetika ilə bağlı ən maralı şeylərdən biri də budur ki, o, bizi ətraf-mühitdəki əsl vərdişlərimizə uyğun olan şeylərə meylli edir. Məsələn, bur utancaq uşaq oyun meydançasında heç kimə qarışmamağa, kənarda dayanaraq oynayan uşaqlara baxmağa üstünlük verər. Bu isə həmin uşağa tək qalaraq rahatlıq hissi aşıladığı üçün onların vərdişinə çevrilir."Bu yalnız genlər və yalnız ətraf-mühitin təsiri deyil, hər ikisi təsir edir. Və hər ikisi birlikdə işləyir," Eley deyir. "Dinamik bir sistemdir. Bununla mübarizə aparmaq üsullarını öyrədən psixoloji terapiyalar vasitəsilə dəyişilmək mümkündür."   Bəs utancaqlıq pis şeydirmi?

Dünyada 4 cür insan var imiş. Kimdir onlar?

İnsanlara xas 16 növ xüsusiyyət və mənaları

Londonda yerləşən Həyəcanla bağlı Pozuqluqlarıvə Travma Mərkəzinin klinik psixoloqu Chloe Foster söyləyir ki, utancaqlıq özlüyündə ümumi və normal haldır və sosial təlaşa çevrilmədikcə heç bir problem yaratmır. Foster-in müalicə etdiyi insanlar ona, "görməli olduqları bir çox işi görmədikləri" zaman müraciət edirlər. Buraya iş yoldaşları ilə söhbət edə bilməmək, sosiallaşma çətinlikləri, başqa insanlar tərəfindən mühakimə və ya yanlış dəyərləndirilmək düşüncəsindən doğan hallar daxildir.Eley insanlarda utancaq xasiyyətin formalaşmasında təkamülün də rolu olduğunu deyir.

"Misal üçün, qrupda ətrafı gəzən və yeni qruplarla tanış olan insanların olması faydalı olduğu qədər, riskə qarşı ehtiyatlı davranan, təhlükəni sezən və uşaqları qorumağa maraqlı olan insanların olması da zərərli deyil".

O söyləyir ki, utancaqlıq və ya sosial təlaşa malik insanlar üçün ən effektiv psixoloji terapiya koqnitiv davranış terapiyasıdır (CBT). Bu terapiya insanların düşüncə və davranış tərzlərində dəyişiklik yaratmağa çalışaraq işləyir.    CBT neqativ düşüncələri müəyyənləşdirməklə yanaşı, deyəcəyimiz sözləri təkrarlamaq, göz kontaktından yayınmaq kimi müəyyən davranışların bizə kömək edəcəyini anlamağımıza dəstək olur."Adətən bizi bir tədbir əsnasında da və tədbirdən sonra da sıxan xırda bir məqam olur," Foster deyir.

Bəzən utancaqlıq ucbatından ictimai çıxış etməkdə çətinlik çəkən insanlar çıxışdan əvvəl özlərini ən yuxarı standartlara kökləyirlər, o izah edir. "Onlar düşünürlər ki, sözləri son dərəcə doğru tələffüz etmək məcburiyyətindədirlər... və ya son dərəcə maraqlı olmalıdırlar və hər kəsin diqqəti onlara kəsilməlidir".

Əgər öz üzərilərindəki təzyiqi azaltsalar, çıxışlarında qısa fasilələr etsələr, bu narahatlığın bir hissəsini yox etmiş olarlar.

Digər bir şey isə öz daxilinə yox, ətrafda baş verənlərə fokuslanmaqdır. Özünə deyil, tamaşaçılara köklənərək ağzından təsadüfən çıxan səhv sözün təsirinə düşmək ehtimalı çox aşağıdır.O həm də, özünüzü yeni vəziyyətlərə açıq olmağa hazırlamağı təklif edir.

"Özünüzü sosial vəziyyətlərə nə qədər çox hazırlasanız, bir o qədər özünəinamlı olacaqsınız," o söyləyir. "Amma sosial vəziyyətlərə fərqli yolla yanaşmağı unutmayın."Bu isə tərzinizi dəyişmək deməkdir. Sosial vəziyyətlərdə ən çox nədən çəkindiyinizi özünüzə sual edin.Cansıxıcı görünməkdən narahatsınız? Yoxsa danışmağa sözünüzün bitəcəyindən? Narahatlığınız haqqında nə qədər çox məlumatlı olsanız, onu o qədər sınağa çəkə bilərsiniz.

Şəxsiyyətin psixologiyası üzrə araşdırma aparan California Davis Universitetinin doktorantura tələbəsi Jessie Sun vurğulayır ki, utancaqlıq və introvertlik eyni şey deyil.