Dubay Şeyxinin 40 milyon dollarla qaçan arvadını Almaniya qoruyur?


Digərləri 01 İyl 2019 21:10:00 216 0

Dubay Şeyxinin 40 milyon dollarla qaçan arvadını Almaniya qoruyur?

Almaniyanın Xarici Işlər nazirliyi BƏƏ-nin baş nazirinin həyat yoldaşı şahzadə Hayanın sığınma xahişi ilə müraciət etdiyi barədə məlumatı təsdiqləyə bilmir.

Son.az Ölkə.az-a istinadən bildirir ki, bu barədə Almaniya XİN-in rəsmi nümayəndəsi Mariyu Adebar məlumat verib.

"Mən bu məlumatı təsdiqləyə bilmərəm. Çünki bizdə buna dair faktlar yoxdur", - deyə diplomat bildirib. Qeyd edilir ki, Almaniyanın Xarici İşlər nazirliyində belə məlumat yoxdur.

Qeyd edək ki, Dubay şeyxi Məhəmməd bin Rəşidin həyat yoldaşı şahzadə Haya 40 milyon dollar götürərək qaçıb. Bildirilir ki, o, fevralın əvvəli yoxa çıxıb. Ehtimal edilir ki, şahzadə 11 yaşlı qızı və 7 yaşlı oğlu ilə Almaniyada gizlənir. Onun şeyxi təhlükəsizliyini qorumaq üçün tərk etdiyi deyilir.