Taxıl biçini ilə bağlı SON STATİSTİKA
Digərləri 01 İyl 2019 20:47:00 177 0
Respublika ərazisində taxıl biçini davam edir. Kənd Təsərrüfatı Nazirliyindən Son.az-a verilən məlumata görə, bu il Azərbaycan ərazisində 100 913 9,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677 793 hektarı buğda, 331 346,8 hektarı arpa sahəsidir.
İyunun 29-na olan operativ məlumata görə, ölkə ərazisində 740 090 hektar ərazidə taxıl biçini aparılıb, 315 978,4 hektar ərazidə arpa, 42 4141,4 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 2 380 085 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 32,2 sentner təşkil edir.
Bərdə, Zərdab, Ucar, Yevlax, Sabirabad, Saatlı, Salyan, Biləsuvar, Kürdəmir, Ağdam, Tərtər, Balakən, Qax, Neftçala, İmişli, Füzuli, Masallı və Xızı rayonlarında arpa biçini başa çatıb. Beyləqan, Goranboy Cəlilabad, Göyçay və Ağdaş rayonlarında arpa biçini başa çatmaq üzrədir. Ağdaş ərazisində arpa əkilmiş 11 630 hektar sahənin 11 515 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 24,1 s/ha təşkil edir. Göyçay ərazisində arpa əkilmiş 6851 hektar sahənin 6847 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 30,5 s/ha təşkil edir. Şəki, Hacıqabul, Ağsu rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib:
Rayon
Arpa sahəsi, ha
Biçilmiş sahə, ha
Məhsuldarlıq, s/ha
Neftçala
31404
31404
27,5
Şəki
21626,3
21560
34,3
Sabirabad
9600
9600
37,7
Zərdab
5730
5730
30,6
Yevlax
5082,5
5082,5
28,5
Cəlilabad
4509,1
4460
35,2
Bərdə
2601
2601
38,9
Beyləqan
1765
1760
29,2
Ağsu
16036
15740
31,0
Biləsuvar
14900
14900
30,9
Hacıqabul
11008
9967
30,0
Goranboy
13449
13339
29,0
Göygöl
2377
2113
24,9
Şamaxı
11491
10227
17,0
İsmayıllı
6173
5267
32,2
Şabran
4981,5
4586
24,0
Qəbələ
4400
4200
32,0
Samux