Dali bu rəsmində Bakını nişan verir


Digərləri 01 İyl 2019 20:49:00 222 0

Dali bu rəsmində Bakını nişan verir

1 iyul Ümumdünya bakılılar günüdür. Bu bayram rəsmi sayılmasa da, bir neçə il əvvəl dünyanın müxtəlif ölkələrində Azərbaycan diasporu tərəfindən qeyd olunmağa başlayıb. Bütün bakılılar da sosial şəbəkələrdə və forumlarda bir-birini təbrik edir.

Son.az Axar.az-a istinadən Bakı ilə bağlı maraqlı faktları təqdim edir:

1. Keçmiş SSRİ-də yeganə kondisioner zavodu Bakıda fəaliyyət göstərirdi.

2. Dünyada ilk müasir neft quyusu Bibiheybətdə, Bakıda qazılıb.

3. Məşhur Azərbaycan müğənnisi Rəşid Behbudovun repertuarında 30-a yaxın mahnı Bakıya həsr olunub.

4. Sovet İttifaqında ilk elektrik qatarı Bakıda fəaliyyətə başlayıb.

5. 20-ci əsrin əvvəllərində dünyada hasil olunan neftin 50 faizi Bakının payına düşürdü. İkinci Dünya müharibəsi zamanı Bakı sovet ordusunun yanacağa olan tələbatının 85 faizini ödəyirdi.