Bura səfər etməyi düşünməyin


Dünya 01 İyl 2019 20:29:00 223 0

Bura səfər etməyi düşünməyin

Avstraliyada il başlayandan bəri qripdən ölənlərin sayı 200 nəfəri keçib.

Son.az Trend-ə istinadən bildirir ki, ölkənin 6 ştatında bu virusdan ölənlərin sayı 228 nəfər olub. Bundan başqa, 100-dən çox adamın virusa yoluxduğu bildirilir. Ötən il isə 59 min qripə yoluxma faktı qeydə alınıb.

Avstraliya Tibb Assosiasiyasının rəhbəri Riçar Kidd iyul-sentyabr aylarında qripə yoluxma hallarının pik həddə çatacağını proqnozlaşdırıb.

Qeyd olunur ki, 11 milyondan çox adamın peyvənd edilməsinə baxmayaraq, qrip geniş şəkildə yayılıb.