Dünyanın ən gözəl qadınlarından biri tanınmaz halda


Digərləri 01 İyl 2019 20:19:00 209 0

Dünyanın ən gözəl qadınlarından biri tanınmaz halda

Linda Yevangelista 1990-cı illərin əfsanəvi modellərindən biri olub.

Son.az Ölkə.az-a istinadən xəbər verir ki, 54 yaşlı Linda uzun müddət sonra İnstaqram səhifəsində yeni foto paylaşıb. Onun sosial şəbəkədə 700 min izləyicisi var. Model ABŞ-ın Yuta ştatına səfər edib, Kanadanın təbiətinə tamaşa edib. Amma izləyiciləri onu tanımaqda çətinlik çəkiblər.

İzləyiciləri qeyd ediblər ki, Linda yenidən kökəlib. 2014-cü ildə də model kökələrək fanatlarını məyus etmişdi. O vaxt bildirilmişdi ki, Linda qalxanvari vəzin xəstəliyindən əziyyət çəkir. Bir il sonra model yenə də arıqlayaraq formasına qayıtmışdı. Bu dəfə isə Linda təkcə kökəlməyib, onun üz quruluşu da çox dəyişib.


Xəbərə aid fotolar