Tovuz sakini Gədəbəydə maşını aşırdı - özü öldü, sərnişin yaralandı


Digərləri 01 İyl 2019 19:56:00 188 0

Tovuz sakini Gədəbəydə maşını aşırdı - özü öldü, sərnişin yaralandı

Gədəbəy rayonunun Böyük Qaramurad kəndi ərazisində yol-nəqliyyat hadisəsi

Bakı. Samir Əli - Gədəbəy rayonunun Böyük Qaramurad kəndi ərazisində yol-nəqliyyat hadisəsi Trend-in məlumatına görə, iyunun 30-da saat 9 radələrində Gədəbəy rayonunun Böyük Qaramurad kəndi ərazisində rayon sakini Y.Ələkbərov idarə etdiyi “UAZ” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişinlər - Tovuz rayon sakinləri İlqar Sadıqov və B.Nəsibov xəstəxanaya yerləşdirilib. İ.Sadıqov isə xəstəxanada həyatını itirib. Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.