Sirli xəstəlik


Digərləri 01 İyl 2019 19:39:00 296 0

Sirli xəstəlik

Vitiliqo dəriyə düşən ağ ləkələrdir. El arasında bu xəstəliyə "piqment pozuqluğu" da deyilir. Amma piqment pozuqluğu ilə vitiliqo arasında böyük fərq var. O olduqca ciddi bir xəstəlikdir. Vitiliqonun əsl səbəbi hələ də tibb elminə məlum deyil. Amma ilkin mülahizələrə görə, vitiliqonun yaranma səbəbi orqanizmdə melanin hüceyrələrinin itkisidir.

Son.az axşam.az-a istinadən xəbər verir ki, melanin hüceyrələri dəriyə rəng verir. Onlar parçalanıb, dağılanda dərinin həmin hissələri ağarmağa başlayır. Melaninlərin dağılmasına səbəb immunitetin olduqca aşağı düşməsi və ya dərinin zədələnməsidir. Vitiliqo zamanı dəridə olduqca açıq rəngdə, qıraqları tünd xətli ləkələr əmələ gəlir.