Expressbankın «Yasamal» filialı ünvanını dəyişir


Digərləri 01 İyl 2019 19:30:00 274 0

Expressbankın «Yasamal» filialı ünvanını dəyişir

Müştərilərə təqdim etdiyi geniş bank məhsulu və yüksək xidməti ilə fərqlənən, ölkənin aparıcı banklarından olan Expressbank-ın "Yasamal" filialı ünvanını dəyişir. Yeni mövsümdə müştərilərə daha çevik və rahat xidmət üçün filialda müasir xidmət sahəsi yaradılacaq. Yasamal rayonu, Həsən Bəy Zərdabi prospekti 92A ünvanında yerləşəcək yeni filial geniş əməliyyat zalına malik olacaq və bank işçiləri həm fiziki, həm də hüquqi şəxslərə yüksək xidmət göstərməkdə davam edəcək. Hazırda təmir işləri aparılan filialın sentyabr ayına açılışı nəzərdə tutulub.

Müvəqqəti olaraq isə müştərilərə bütün bank xidmətləri üzrə Bakı şəh., B.Vahabzadə küç., 5 (Bakı Dövlət Universitetinin yaxınlığında) ünvanında yerləşən "Elmlər" filialında xidmət göstəriləcək. Digər filialların ünvanı və iş rejimi ilə bağlı Expressbank-ın rəsmi saytında tanış olmaq mümkündür. Link: https://www.expressbank.az/#locations

Pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkə ərazisində  15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.