"Expressbank"ın Yasamal filialı ünvanını dəyişir


Digərləri 01 İyl 2019 19:23:00 263 0

"Expressbank"ın Yasamal filialı ünvanını dəyişir

Yeni mövsümdə müştərilərə daha çevik və rahat xidmət üçün filialda müasir xidmət sahəsi yaradılacaq.

Bakı. Müştərilərə təqdim etdiyi geniş bank məhsulu və yüksək xidməti ilə fərqlənən, ölkənin aparıcı banklarından olan Expressbank-ın «Yasamal» filialı ünvanını dəyişir. Bankdan Trend-ə verilən məlumata görə, yeni mövsümdə müştərilərə daha çevik və rahat xidmət üçün filialda müasir xidmət sahəsi yaradılacaq. Yasamal rayonu, Həsən Bəy Zərdabi prospekti 92A ünvanında yerləşəcək yeni filial geniş əməliyyat zalına malik olacaq və bank işçiləri həm fiziki, həm də hüquqi şəxslərə yüksək xidmət göstərməkdə davam edəcək. Hazırda təmir işləri aparılan filialın sentyabr ayına açılışı nəzərdə tutulub. Müvəqqəti olaraq isə müştərilərə bütün bank xidmətləri üzrə Bakı şəh., B.Vahabzadə küç., 5 (Bakı Dövlət Universitetinin yaxınlığında) ünvanında yerləşən «Elmlər» filialında xidmət göstəriləcək. Digər filialların ünvanı və iş rejimi ilə bağlı Expressbank-ın rəsmi saytında tanış olmaq mümkündür. Link: https://www.expressbank.az/#locations