Marşal Haftar geri addım atdı


Dünya 01 İyl 2019 18:29:00 238 0

Marşal Haftar geri addım atdı

Liviyada general Xəlifə Haftara tabe olan hərbi qüvvələr tərəfindən saxlanılmış altı Türkiyə vətəndaşı sərbəst buraxılıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Sərbəst buraxılan dənizçilər öz istəkləri ilə ölkədə işləməyə davam edəcəklər. Onlar liviyalı şirkət sahibi ilə birlikdə gəmiyə gediblər.

Xatırladaq ki, Liviya Milli Ordusunun başçısı marşal X.Haftara loyal olan qüvvələr dənizçiləri ötən gün saxlamışdı.