BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub


Digərləri 01 İyl 2019 18:24:27 253 0

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Yekun Attestasiya Komissiyasının növbəti iclası və bakalavriat pilləsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib.

Bakı. Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Yekun Attestasiya Komissiyasının növbəti iclası və bakalavriat pilləsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, müdafiə prosesində iştirak edən rektor Elçin Babayev tələbələrin müxtəlif mövzularda yazdıqları buraxılış işlərinin təqdimatını dinləyib, mövzuları ilə bağlı tövsiyələr verib. Qeyd edək ki, Filologiya fakültəsinin Səməd Vurğun adına auditoriyasında təşkil olunmuş müdafiədə Yekun Dövlət Attestasiya Komissiyasının üzvləri, fakültənin professor-müəllim heyətinin bir qismi və tələbələr iştirak ediblər.