Zəncirvari qəza 17 avtomobili yararsız hala saldı


Dünya 01 İyl 2019 18:14:00 219 0

Zəncirvari qəza 17 avtomobili yararsız hala saldı

"İranın Qəzvin-Zəncan magistral yolunda baş verən zəncirvari qəzada 17 avtomobil toqquşub".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Qəzvin vilayətinin hüquq-mühafizə orqanının rəisi Mehdi Hacian polis informasiya agentliyinə açıqlamasında deyib.

M.Hacianın sözlərinə görə, 2 avtobus və 10 avtomobilin toqquşması nəticəsində 2 nəfər həlak olub, 25 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.