Prokurorluq orqanlarına işə qəbulla əlaqədar test imtahanında iştirak edəcək namizədlərin nəzərinə


Digərləri 01 İyl 2019 18:09:49 177 0

Prokurorluq orqanlarına işə qəbulla əlaqədar test imtahanında iştirak edəcək namizədlərin nəzərinə

“Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq Baş Prokurorluq tərəfindən elan olunmuş müsabiqə ilə əlaqədar sənədlərin qəbulu davam etdirilir.

Bakı. Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş prokurorluq orqanlarına işə qəbulun aşkarlıq şəraitində, şəffaf prosedurlar əsasında və beynəlxalq tələblər səviyyəsində aparılmasını müəyyən edən “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq Baş Prokurorluq tərəfindən elan olunmuş müsabiqə ilə əlaqədar sənədlərin qəbulu davam etdirilir. Namizədlərin nəzərinə çatdırılır ki, müsabiqənin ilkin mərhələsi olan test imtahanında istifadə olunacaq test tapşırıqlarının hazırlanmasında aşağıdakı normativ hüquqi aktlardan istifadə ediləcəkdir: -Azərbaycan Respublikasının Konstitusiyası; -“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu; -“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu; -“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya; -Azərbaycan Respublikasının Cinayət Məcəlləsi; -Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi; -Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi; -Azərbaycan Respublikasının Mülki Məcəlləsi; -Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi;