AÇ-2019-un ən yaxşı futbolçusu ispan oldu


İdman 01 İyl 2019 17:58:00 217 0

AÇ-2019-un ən yaxşı futbolçusu ispan oldu

21 yaşadək futbolçulardan ibarət milli komandaların Avropa çempionatının ən yaxşı oyunçusu məlum olub.

Goal.az xəbər verir ki, turnirin ən yaxşı oyunçusu İspaniya millisinin yarımmüdafiəçisi Fabian Ruis seçilib. Bu barədə İspaniya futbol federasiyasının rəsmi “tvitter” hesabı məlumat yayıb. Napoli-də çıxış edən 23 yaşlı futbolçu turnirdə 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

AÇ-2019-un qalibi finalda Almaniyanı 2:1 hesabıyla məğlub edən İspaniya millisi olub.