Azərbaycanın Müdafiə naziri Belarusa səfər edəcək


Digərləri 01 İyl 2019 17:31:00 203 0

Azərbaycanın Müdafiə naziri Belarusa səfər edəcək

Zakir Həsənov Belarus Respublikasının Müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə iyulun 2-də Minsk şəhərinə yola düşəcək.

Bakı. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının Müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə iyulun 2-də Minsk şəhərinə yola düşəcək. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Belarus Respublikasının alman-faşist işğalçılarından azad olunmasının 75-ci ildönümü və Müstəqillik Gününə həsr olunmuş təntənəli tədbirlərdə iştirak edəcək. Müdafiə nazirinin həmçinin bu ölkənin hərbi-siyasi rəhbərliyi ilə görüşləri və Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoli Davidoviçin ailə üzvlərini ziyarət etməsi nəzərdə tutulub. Qeyd edək ki, iyulun 3-də Minsk şəhərində keçiriləcək hərbi paradda Azərbaycan Ordusunun hərbi qulluqçuları da iştirak edəcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin