Gəncə çayına düşən azyaşlının meyiti tapıldı


Digərləri 01 İyl 2019 17:24:00 202 0

Gəncə çayına düşən azyaşlının meyiti tapıldı

Gəncə şəhərinin Kəpəz rayonunda naməlum şəraitdə Gəncəçay çayına düşən 2012-ci il təvəllüdlü Səfərli Hüseyn Nuru oğlunun axtarışları başa çatıb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, H.Səfərlinin meyiti Gəncə Regional Mərkəzinin xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

XXX

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər azyaşlının naməlum şəraitdə Gəncə çayına düşməsi barədə məlumat daxil olub.


Xəbərə aid fotolar