Şəmkir sakininə silahlı basqın edildi


Kriminal 01 İyl 2019 17:19:00 210 0

Şəmkir sakininə silahlı basqın edildi

Şəmkir rayonunda quldurluq hadisəsi baş verib.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, naməlum şəxs rayon sakini N.Qasımovu kəsici alətlə hədələnib və onun 202 manatını alıb.

Zərərçəkmiş baş verən quldurluq hadisəsi ilə bağlı Şəmkir rayon polis şöbəsinə müraciət edib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən rayon sakini M.İbrahimov saxlanılıb.