UNESKO nümayəndəsi: "Bir sıra mədəniyyət abidələri artıq təhlükə altında deyil"


Siyasət 01 İyl 2019 16:42:00 210 0

UNESKO nümayəndəsi: "Bir sıra mədəniyyət abidələri artıq təhlükə altında deyil"

"İsrailin Vifleyem şəhərində İsa Məsih kilsəsi və Çilidəki qəbirüstü daşlar təhlükə altında olan Ümumdünya irs obyektləri siyahısından çıxarıla bilər".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu UNESKO Ümumdünya İrs Mərkəzinin direktoru xanım Mextild Rossler UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Bakıda keçirilən mətbuat konfransında deyib.

Direktor bildirib ki, bu abidələrin qorunması üçün İsrail və Çili hökumətlərinə zəruri yardım göstərilir.

Qeyd edək ki, 43-cü sessiyada xarici ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri, ümumilikdə 180-dək ölkədən 2500-dən çox iştirakçı qatılıb.