Pərakəndə satış mağazaları Huaweii dəstəkləyir


Digərləri 01 İyl 2019 16:35:00 222 0

Pərakəndə satış mağazaları Huaweii dəstəkləyir

Pərakəndə satış mağazaları Huawei mobil telefonlarına dəstək aksiyasına start verib.

Asiya ölkələrində yayılan mağazaların Huawei telefonlarının hər hansı xəta olmadan və cədvələ əsasən yenilənəcəyinə təminat verməsi barədə bəyanatlar bir neçə digər ölkədə də dəstəklənib.

Xüsusilə, hal-hazırda Azərbaycanda fəaliyyət göstərən pərakəndə satış şəbəkələr sosial şəbəkələrdə səhifələrində müvafiq dərc yerləşdirməklə Huawei dəstəkləyiblər. Beləliklə, pərakəndə satıcılar şirkət tərəfindən əvvəl səsləndirilən Huawei smartfonlarının ən etibarlı smartfonlardan biri olaraq qalmağa və əvvəlki rejimdə işləməyə davam edəcəyi barədə bəyanatını təsdiqlədi. Şirkət artıq istifadə olunan və ya dünya bazarında mağazalarda olan Huawei smartfonları və planşetlərinin təhlükəsizlik sistemləri üçün yenilənmələri təqdim etməyə və satışdan sonra xidmət göstərməyə davam edəcəyi təsdiqlənmişdir. Hal-hazırda artıq satılmış və ya satışda olan qurğuların işində hər hansı dəyişiklik gözlənilmir.