UNESKO nümayəndəsi: Bir sıra mədəniyyət abidələri artıq təhlükə altında deyil


Digərləri 01 İyl 2019 16:32:19 190 0

UNESKO nümayəndəsi: Bir sıra mədəniyyət abidələri artıq təhlükə altında deyil

İsrailin Vifleyem şəhərində İsa Məsih kilsəsi və Çilidəki qəbirüstü daşlar təhlükə altında olan Ümumdünya irs obyektləri siyahısından çıxarıla bilər

Bakı. Sara İsrafilbəyova - İsrailin Vifleyem şəhərində İsa Məsih kilsəsi və Çilidəki qəbirüstü daşlar təhlükə altında olan Ümumdünya irs obyektləri siyahısından çıxarıla bilər. Trend-in məlumatına görə, bunu UNESKO Ümumdünya İrs Mərkəzinin direktoru xanım Mextild Rossler UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Bakıda keçirilən mətbuat konfransında deyib. Direktor bildirib ki, bu abidələrin qorunması üçün İsrail və Çili hökumətlərinə zəruri yardım göstərilir. Qeyd edək ki, 43-cü sessiyada xarici ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri, ümumilikdə 180-dək ölkədən 2500-dən çox iştirakçı qatılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin