Artıq pasporta ehtiyac olmayacaq


Digərləri 01 İyl 2019 16:29:00 229 0

Artıq pasporta ehtiyac olmayacaq

Yaxın gələcəkdə beynəlxalq səyahətlərdə pasportlara ehtiyac olmayacaq.

Son.az xəbər verir ki, bunun yerinə sərnişinin rəqəmsal şəxsiyyəti adı verilən sistemdən istifadə olunacaq.

Kanada və Hollandiya arasında gerçəkləşdirilən səyahətlərdə pilot layihə kimi tətbiq olunan proqam çərçivəsində sərnişinlər pasport yerinə mobil telefonlarını istifadə edərək şəxsiyyətlərini təsdiq etdirirlər. Pasportlardakı mikroçiplərin işini mobil telefonlardakı şifrələnmiş şəxsiyyət bilgiləri görəcək. Dəyişiklik hava limanında sıxlığın, növbə gözləməyin, giriş-çıxış işlərində vaxt itirməyin və saxta pasportdan istifadənin qarşısının alınması məqsədilə aparılır.

Sərnişinlərin şəxsiyyətilə bağlı bilgilər hava limanlarına, gömrük məntəqələrinə və müxtəlif qurumlara sərnişin hava limanına gedib çatmadan göndərilir. Hər bir bilginin göndərilməsi üçün sərnişinlərdən fərdi şəkildə icazə almaq mütləqdir. Sərnişinlərin şəxsiyyətləri barmaq izi, üztanıma texnologiyası kimi biometrik texnologiyalardan istifadə edilərək təsdiq olunur və kağız sənədlərə ehtiyac olmadan səyahətləri təşkil edilir.