Zəncirvari qəza 17 avtomobili yararsız hala saldı


Digərləri 01 İyl 2019 16:27:00 211 0

Zəncirvari qəza 17 avtomobili yararsız hala saldı

İranın Qəzvin-Zəncan magistral yolunda baş verən zəncirvari qəzada 17 avtomobil toqquşub.

Bakı. Elnur Bağışov - İranın Qəzvin-Zəncan magistral yolunda baş verən zəncirvari qəzada 17 avtomobil toqquşub. Trend-in məlumatına görə, bunu İranın Qəzvin vilayətinin hüquq-mühafizə orqanının rəisi Mehdi Hacian polis informasiya agentliyinə açıqlamasında deyib. M.Hacianın sözlərinə görə, 2 avtobus və 10 avtomobilin toqquşması nəticəsində 2 nəfər həlak olub, 25 nəfər yaralanıb. Faktla bağlı araşdırma aparılır.