Azərbaycana valyuta gətirən şirkətlərin reytinqi açıqlanıb


Digərləri 01 İyl 2019 15:34:00 223 0

Azərbaycana valyuta gətirən şirkətlərin reytinqi açıqlanıb

"İxrac icmalı"nın növbəti buraxılışında bu ilin yanvar-may aylarında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi açıqlanıb.

Son.az xəbər verir ki, Trend icmala əsasən qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda yer alan şirkətlərin adlarını təqdim edir:

"MKT İstehsalat Kommersiya" MMC; "Socar Polymer" MMC; "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi; "Caspian enerji-2020" MMC; "P-Aqro" MMC; "Food Export Şəmkir" MMC; "Sun Food" MMC; "Baku Steel Company"; "Nine Climate" MMC; "Aqrovest" MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi" liderlik edir. Siyahıda ikinci yerdə "Azərenerji" ATSC, üçüncü yerdə isə "Azəralüminium" MMC durur.