"Toya 1 həftə qalmış məni qoyub qaçdı, boşandım"


Şou-biznes 01 İyl 2019 15:39:00 221 0

"Toya 1 həftə qalmış məni qoyub qaçdı, boşandım"

"ATV maqazin onlarla" verilişinin "Onlarla 3 dəqiqə" rubrikasının qonağı müğənni Günel Ələkbərova olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi aparıcı Ruslan Ağayevin 33 sualına cavab verib.

Şəxsi həyatından danışan Günel boşandığını açıqlayıb. O, "Həyat yoldaşın sənə əl qaldırıb" sualına belə cavab verib:

"Rəsmi nikahım olub, amma boşanmışam. "Xonçası oynamayanlar" silsiləsindənəm. Toya 1 həftə qalmış məni qoyub qaçdı.

Həyat yoldaşım mənə əl qaldırıb. Elə vurdu ki, gedib hara düşdüm. 3 ay onunla danışmadım".