Abşeronda bədbəxt hadisə: piyada öldü


Digərləri 01 İyl 2019 15:21:00 223 0

Abşeronda bədbəxt hadisə: piyada öldü

Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, iyulun 1-də saat 1 radələrində Abşeron rayonu ərazisində Qobustan rayon sakini F.Ağazadə idarə etdiyi "Ford Transit" markalı avtomobillə yolu keçən Laçın rayon sakini Maarif Musayevi vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş istintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.