Arvadının başını kəsən kişinin işi məhkəmədə


Kriminal 01 İyl 2019 15:24:00 282 0

Arvadının başını kəsən kişinin işi məhkəmədə

Bakının Binəqədi rayonunda arvadını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən 1970-ci il təvəllüdlü Tufan Qurbanovun barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun icraatına verilib.

Yaxın günlərdə bu dəhşətli qətl olayı ilə bağlı məhkəmə prosesi başlanacaq.

İttihama görə, bu ilin fevralın 11-də paytaxt sakini Tufan Qurbanov 1979-cu il təvəllüdlü həyat yoldaşı Lalə Qurbanovanı boğaz nahiyəsinə bıçaqla çoxsaylı xəsarətlər yetirərək öldürüb.

Polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Tufan Qurbanov saxlanılıb.

O, istintaq verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib. Bildirib ki, qətli qısqancliq zəminində törədib.