26 il sizə sadiq olan Rabitəbank!


Digərləri 01 İyl 2019 14:20:00 337 0

26 il sizə sadiq olan  Rabitəbank!

Rabitəbank ASC yaranmasının 26-cı ilini uğurlu nəticələrlə və müştərilərinə yüksək xidmət göstəriciləri ilə qeyd edir.

Azərbaycan, müstəqilliyini bərpa etdiyi zamandan etibarən, əhalinin maliyyə xidmətləri sahəsindəki ehtiyaclarını qarşılamaq, səmərəli təkliflər vermək və ölkə iqtisadiyyatının müxtəlif sahələrinə o cümlədən maliyyə, sənaye, ticarət və kənd təsərrüfatısahəsində inkişafa dəstək olmaq önəmli idi. Rabitəbank da məhz həmin banklardan biri olmağı bacardı.

Bu gün Rabitəbank ölkənin 10 ən böyük bankı siyahısında yer alan, dinamik inkişafına görə fərqlənən banklardandır. Bankın aktivlərin həcmləri 611 mln, məcmu kapitalın həcmi 107 mln  kredit portfeli 353 mln, aktiv kart sayı 64863 təşkil edir. Bü yüksək nəticələrin əldə edilməsində sonsuz əməyi olan Rabitəbank komandasının əməkdaşlarının sayı 771 nəfər təşkil edir.

1993-cü ildə yaranan Rabitəbank, ölkənin ilk müstəqillik dövrünü, düzgün strategiyası və güclü komandası ilə birgə uğurla keçməyə nail oldu. Bu gün Rabitəbank iqtisadiyyatımızın inkişafında xüsusi rolu olan, sahibkarlığa dəstək verən və əhalinin istehlak kreditləri sahəsində ehtiyaclarını qarşılayan qabagcıl banklardan biridir.

Rabitəbank həmçinin, güclü Azərbaycan qadının gücünü artırmaq adına, bank sektorunda ən əlverişli şərtlərlə qadın sahibkarlar üçün xüsusi məhsul təqdim edir, həmin xanımların sahibkarlığının inkişafı istiqamətində onların fəaliyyətini dəstəkləyir və ictimaiyyətə tanıdır. Ölkədə kiçik və orta biznesi dəstəkləmək adına bir çox dövlət qurumları, beynəlxalq qurumların dəstəyi ilə həyata keçirilən layihələrdə agent bank olaraq çıxış edir.

Rabitəbank artıq rəqəmsal dünyaya transformasiya edən bankların siyahısında öz təcrübəsi ilə xüsusi fərqlənir. Ölkədə ilk dəfə RabitabankBot üzərindən telegram və facebook messencer istifadəçiləri pul göndərə və ödənişləri həyata keçirə bilirlər. Bank müştərilərin bank əməliyyatlarını asanlaşdıran internet bankçılıq xidmətini müştərilərə təqdim edir və bir çox özəlliyi ilə fərqlənən mobil tətbiqini müştərilərin istifadəsinə təqdim etməyə hazırlaşır.

Rabitəbank 26-cı fəaliyyət dövründə ölkənin müxtəli bölgələrində 25 filial və şöbə açmış və 65 bankomatı yerləşdirmişdir. Bankın xidmət şəbəkəsinə 2019-cu ildə 24 saat və həftənin 7 günü fəalliyt göstərən 24/7 filialı da əlavə edilmişdir.


Xəbərə aid fotolar