Ölkəyə qanunsuz yolla gətirilən siqaretlər aşkarlanıb


Digərləri 01 İyl 2019 13:59:00 241 0

Ölkəyə qanunsuz yolla gətirilən siqaretlər aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə xeyli sayda tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, həmin ölkə vətəndaşının idarə etdiyi "Ford Tranzit 125T350M" və Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ-2108" markalı avomobillər saxlanılıb və gömrük baxışı keçirilib.

Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 5000 və 12 200 ədəd olmaqla, ümumilikdə 17 200 ədəd "King" markalı siqaretlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar