UNESKO-nun baş direktorunun müavini: Təhlükəsizlik təmin edilərsə, Dağlıq Qarabağa ekspert qismində getmək olar


Digərləri 01 İyl 2019 13:48:11 216 0

UNESKO-nun baş direktorunun müavini: Təhlükəsizlik təmin edilərsə, Dağlıq Qarabağa ekspert qismində getmək olar

Biz Dağlıq Qarabağ münaqişəsi üzrə tərəflərdən xahiş edirik ki, təhlükəsizliyi təmin etsinlər.

Bakı. Elçin Mehdiyev – Biz Dağlıq Qarabağ münaqişəsi üzrə tərəflərdən xahiş edirik ki, təhlükəsizliyi təmin etsinlər. Belə olan halda, UNESKO-nun nümayəndələri Dağlıq Qarabağa ekspert qismində gedə bilərlər. Trend-in məlumatına görə, bunu Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən mətbuat konfransında UNESKO-nun baş direktorunun müavini Ernesto Toni deyib. O qeyd edib ki, ekspert missiyasının keçirilməsi üçün şərtlər var: "Birincisi, təhlükəsizlik təminatı olmalıdır. Bu razılaşma olmazsa, UNESKO müdaxilə edə bilməz".